...

Bakıda oğurluq etdiyi üçün saxlanılan Gürcüstan vətəndaşının digər cinayətlərinin üstü açılıb

Hadisə Materials 9 Yanvar 2012 13:04 (UTC +04:00)
Bakıda ötən il mənzillərdən oğurluq etdiyi üçün həbs edilən Gürcüstan vətəndaşının digər cinayətləri müəyyən edilib.
Bakıda oğurluq etdiyi üçün saxlanılan Gürcüstan vətəndaşının digər cinayətlərinin üstü açılıb

Azərbaycan, Bakı, 9 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Bakıda ötən il mənzillərdən oğurluq etdiyi üçün həbs edilən Gürcüstan vətəndaşının digər cinayətləri müəyyən edilib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oğurluq etdiyinə görə yanvarın 6-da saxlanılan Vaxtanq Bukukişvilinin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Rasim Abbasovun mənzilindən 150 manat pul və qızıl əşyaları, Əsgər Əsgərovun mənzilindən isə 100 manat pul və 10000 manat dəyərində qızıl əşyaları oğurlaması da müəyyən edilib.

Bukukişvili sentyabrın 28-də Səməd bəy Mehmandarov küçəsində Sevda Süleymanovaya məxsus mənzildən qapının kilidini sındırma yolu ilə 500 manat və qızıl-zinət əşyaları, noyabrın 22-də isə Əliağa Şıxlınıski küçəsində yerləşən Məhəmməd Osmanova məxsus mənzildən qapını sındırma yolu ilə qızıl-zinət əşyaları oğurlayıb.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Gəncə şəhər Baş Polis İdarəsi və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gürcüstan vətəndaşı Vaxtanq Bukukişvili yanvarın 6-da Gəncə şəhərində tutulub.

Xəbər lenti

Xəbər lenti