Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Ötən il Azərbaycanda 6997 təbii və texnogen mənşəli hadisə baş verib.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu göstərici 2010-cu illə müqayisədə 226 hadisə azdır.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 77 nəfər həlak olub, 176 nəfər xəsarət alıb, 56 nəfər xilas edilib və 344 nəfər təxliyə olunub.
Təbii mənşəli 133 hadisədə 1 nəfər həlak olub, 17 nəfər xilas olunub, 1 nəfər təxliyə edilib.
Texnogen mənşəli 7047 hadisədə isə 76 nəfər həlak olub, 176 nəfər xəsarət alıb, 38 nəfər xilas olunub, 328 nəfər təxliyə olunub.