...

Azərbaycan Ordusunun bir əsgəri ölüb, ikisi yaralanıb

Hadisə Materials 18 Yanvar 2012 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda N saylı hərbi hissənin bir əsgəri ölüb, ikisi yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, yanvarın 18-də əsgər Hüseynzadə Asiman Niyaz oğlunun əlindəki avtomat silahdan açılan atəş nəticəsində əsgər Quliyev Şəhadət Qənaət oğlu həlak olub, digər iki əsgər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hadisə ilə bağlı Müdafiə Nazirliyinin aidiyyəti qurumları araşdırma aparır, Hərbi Prokurorluq tərəfindən fakt üzrə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti