Azərbaycan, Bakı, 20 yanvar / Trend, müxbir A.Tağıyeva /
Cümə günü səhər Türkiyənin Van şəhərində yenidən zəlzələ baş verib. Yeraltı təkanların gücü 4,9 bal təşkil edib. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti xəbər verib.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində tələfat və dağıntı olmayıb.
Oktyabrın 23-də Türkiyənin Van əyalətində 7,2 bal gücündə zəlzələ baş verib. Qurbanların sayı 600 nəfərdən çox olub.
Noyabrın 9-da Türkiyənin şərqində 5,7 ballıq zəlzələ qeydə alınıb. Edremit və Van şəhərlərində ən azı 25 bina dağılıb, onların əksəriyyəti boş olub (adamlar oktyabrdakı 7,2 ballıq zəlzələdən sonra təxliyyə olunublar). Buna baxmayaraq, həlak olanların ümumi sayı 40 nəfər təşkil edib.