Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda 71 yaşlı qadının yanmış meyiti tapılıb.
Yasamal rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Şərifzadə küçəsi 98, ev 39-da yanğın olub və evdən 1941-ci il təvəllüdlü Səadət Jumaidovanın yanmış meyiti tapılıb.
Evin qəsdən və ya ehtiyatsızlıqdan yandığı barədə hələlik məlumat yoxdur.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.