...

Azərbaycan Ordusunun əsgəri ölüb

Hadisə Materials 30 Yanvar 2012 12:40 (UTC +04:00)
Azərbaycan Ordusunun əsgəri ehtiyatsızlıqdan ölüb.
Azərbaycan Ordusunun əsgəri ölüb

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ordusunun əsgəri ehtiyatsızlıqdan ölüb.

Trend-in məlumatına görə, Müdafiə Nazirliyinin Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsinin əsgəri Rufin Rəhimovun əlindəki avtomat silahdan atəş açılıb və o aldığı xəsarətdən dünyasını dəyişib.

21 yaşlı Rəhimov 2011-ci ildə Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev məlumatı Trend-ə təsdiqləyib və bildirib ki, silahla ehtiyatsız davranma səbəbindən baş verib.

Xəbər lenti

Xəbər lenti