...

Bakıda yaşayış evi yanıb

Hadisə Materials 3 Fevral 2012 10:42 (UTC +04:00)
Bakının Türkan qəsəbəsində yaşayış evi yanıb.
Bakıda yaşayış evi yanıb

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Türkan qəsəbəsində yaşayış evi yanıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov Trend-ə bildirib ki, yanğında xəsarət alanlara tibbi yardım üçün köməyə gedən təcili yardım maşınları qəsəbənin yollarının qarlı və buzlu olması səbəbindən yolda qalıb və hadisə yerinə vaxtında yetişməyib. Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin köməyi ilə təcili yardım xidmətinin əməkdaşları hadisə yerinə çata bilib.

Hadisə zamanı xəsarət alan iki nəfər qəsəbə sakinlərinin, digər iki nəfər isə təcili yardımın köməyi ilə xəstəxanaya aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-dək hökm sürəcək.

Xəbər lenti

Xəbər lenti