...

Bakıda 3 nəfəri don vurub

Hadisə Materials 4 Fevral 2012 10:27 (UTC +04:00)
Dünən Bakı şəhəri ərazisində 3 nəfər donvurma diaqnozu ilə xəstəxanaya çatdırılıb. Bunu şənbə günü Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyib.
Bakıda 3 nəfəri don vurub

Azərbaycan, Bakı, 4 fevral / Trend müxbir İ.İsabalayeva/

Dünən Bakı şəhəri ərazisində 3 nəfər donvurma diaqnozu ilə xəstəxanaya çatdırılıb. Bunu şənbə günü Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyib.

Onun sözlərinə görə, donvurma hadisələri Bakının Xətai və Sabuncu rayonları ərazində baş verib. Hər üç şəxs xəstəxanaya çatdırılıb. Onların 1-i Sabunçu ərazisində yerləşən 3 saylı .Şəhər Klinik Xəstəxanasına, 2 nəfər isə 2 saylı Şəhər Xəstəxanasına çatdılırıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-dək hökm sürəcək.

Xəbər lenti

Xəbər lenti