Azərbaycan, Bakı, 6 fevral / Trend müxbir K.Zərbalıyeva/
Bakıda mağazanın zirzəmisində partlayış olub.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayonunda vətəndaşa məxsus tikinti materiallarının satışı mağazasının yerləşdiyi ümumi sahəsi 750 kv.m olan üçmərtəbəli binanın zirzəmisində yanğınla davam edən partlayış nəticəsində zirzəminin divarı qismən dağılıb, lambir materiallar 30 kv.m sahədə yanıb.
Zirzəminin qalan hissəsi və mağaza yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Bakıda mağazanın zirzəmisində partlayış olub
Bakıda mağazanın zirzəmisində partlayış olub.
