...

Tehran yaxınlığında 5 bala yaxın zəlzələ baş verib

Hadisə Materials 10 Fevral 2012 16:13 (UTC +04:00)
Bu gün günorta saatlarında İranın paytaxtı Tehran yaxınlığında yerləşən Firuzkuh dağlıq zonasında 4,7 bal gücündə zəlzələ baş verib.
Tehran yaxınlığında 5 bala yaxın zəlzələ baş verib

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir T.Cəfərov/

Bu gün günorta saatlarında İranın paytaxtı Tehran yaxınlığında yerləşən Firuzkuh dağlıq zonasında 4,7 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İranın İRNA agentliyi xəbər verir.

Tehran Universiteti Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 12:30-da baş verdiyini bildirib.

İranın xilasetmə təşkilatının sözçüsü Hüseyn Dərəxşan bildirib ki, hazırda Qırmızı Aypara Cəmiyyətinin xilasediciləri hadisə yerindədir.

"Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə dəqiq məlumat yoxdur. Xilasedicilər hadisə yerindədir, lazım gələrsə, xilasetmə əməliyyatları vertolyotlarla da həyata keçiriləcək", - Derəxşan deyib.

Xəbər lenti

Xəbər lenti