...

Abşeronda avtomobildən saxta polis vəsiqəsi və dövlət nömrə nişanları götürülüb

Hadisə Materials 13 Fevral 2012 13:38 (UTC +04:00)
Abşeronda avtomobildən saxta polis vəsiqəsi və saxta dövlət nömrə nişanları götürülüb.
Abşeronda avtomobildən saxta polis vəsiqəsi və dövlət nömrə nişanları götürülüb

Azərbaycan, Bakı, 13 fevral / Trend müxbir K.Zərbalıyeva/

Abşeronda avtomobildən saxta polis vəsiqəsi və saxta dövlət nömrə nişanları götürülüb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayon sakini Seymur Talıbovun idarə etdiyi "Toyota-Prado" markalı avtomaşına baxış zamanı 2 ədəd dəyənək, 1 ədəd qandal, 4 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, Seymur Talıbova məxsus saxta polis vəsiqəsinin surəti, tabel silahını götürmək üçün əvəzedici kart, 2 ədəd dövlət qeydiyyat nömrə nişanları aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.
.

Xəbər lenti

Xəbər lenti