Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Bakının Binəqədi rayonunda dünən "BMW" və "OPEL" markalı 2 minik avtomobili toqquşub.
FHN-nin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, nəticədə, hər iki nəqliyyat vasitəsi zədələnib, "BMW" markalı avtomobilin sürücüsü isə xəsarət alaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib, habelə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
"BMW" və "OPEL" markalı minik avtomobilləri toqquşub
"BMW" və "OPEL" markalı 2 minik avtomobili toqquşub