...

Azərbaycanda itkin düşən məktəbli qızların hamısı Bakı Bulvarında tapılıb

Hadisə Materials 16 Fevral 2012 09:09 (UTC +04:00)
Kürdəmir rayon prokuroru Nurəddin Qasımov Trend-ə bildirib ki, rayon polis şöbəsinin əməkdaşlarının Bakıda keçirdiyi əməliyyat tədbirləri nəticəsində itkin düşən qızlar dünən axşam tapılıb.
Azərbaycanda itkin düşən məktəbli qızların hamısı Bakı Bulvarında tapılıb

Azərbaycan, Bakı, 16 fevral / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda itkin düşən 3 məktəbli qız Bakıda tapılıb.

Kürdəmir rayon prokuroru Nurəddin Qasımov Trend-ə bildirib ki, rayon polis şöbəsinin əməkdaşlarının Bakıda keçirdiyi əməliyyat tədbirləri nəticəsində itkin düşən qızlar dünən axşam tapılıb.

Kürdəmir rayonu Carlı kənd sakinləri - əkiz bacılar 16 yaşlı Röyalə və Minayə Novruzovalar, 16 yaşlı Tünzalə Şirəliyeva fevralın 14-də itkin düşüblər.

Prokuror bildirib ki, hər üç qız Bakı Bulvarında tapılıblar. Onlar saxlanılan vaxt yanlarında oğlanlar olub.

Məlumata görə, qızların Bakıya gələrklən telefonla danışdığı Qismət adlı şəxs də saxlanılıb və izahat alınması üçün Kürdəmirə gətirilib.

Xatırladaq ki, məktəbli qızlar yaşadıqları kənddən Kürdəmir şəhərinə müəllim yanına hazırlığa getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar.

Araşdırmalar zamanı məlum olub ki, məktəbli qızlar internet vasitəsi ilə Bakıda yaşayan oğlanlarla tanış olublar. Həmin oğlanların dəvəti ilə onlar Kürdəmir avtovağzalından Müşfiq adlı taksi sürücüsünün maşını ilə Bakı şəhərinə gəliblər. Bakı Beynəlxalq Avtovağzalında isə onları Qismət adlı şəxs qarşılayıb.

İtkin düşən məktəblilərin valideynlərinin polisə müraciətindən sonra araşdırmaya başlanılıb.

Xəbər lenti

Xəbər lenti