Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda axşam saatlarında Qara Qarayev metrostansiyasının yaxınlığında avtobus aşıb.
Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, 212 saylı (indiki 12) avtobus maneəyə dəyərək aşıb. Avtobusun içində xeyli sayda sərnişin olub. Xəsarət alanların olduğu bildirilir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə faktı təsdiqləyib. O bildirib ki, hazırda hadisənin başvermə səbəbləri araşdırılır, sərnişinlər arasında ölən və xəsarət alanların olduğu barədə məlumat yoxdur.