...

Yol qəzalarında 1 nəfər ölüb, 17 nəfər xəsarət alıb

Hadisə Materials 24 Fevral 2012 09:23 (UTC +04:00)
Azərbaycanda dünən qeydə alınan 12 yol qəzasında 1 nəfər ölüb, 17 nəfər xəsarət alıb.
Yol qəzalarında 1 nəfər ölüb, 17 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dünən qeydə alınan 12 yol qəzasında 1 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Hadisələrin 4-ü və xəsarətlərin 5-i Bakının payına düşüb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən cümə günü Trend-ə verilən məlumata görə, Bakının Səbail rayonunda iki "VAZ 2107" markalı avtomobillər toqquşub və nəticədə 2 nəfər xəsarət alıb.

Balakəndə iki "VAZ" markalı avtomobilin toqquşması zamanı iki nəfər yaralınıb.

Şirvan şəhərində Heydər Əliyev prospektində "Pajero" markalı avtomobillə "VAZ 2107" toqquşub və nəticədə 3 nəfər yaralanıb.

Bakı-Şamaxı yolunun 12-ci kilometrliyində, Binəqədi rayonu ərazisində "VAZ 2107" ilə "VAZ 21013" markalı avtomobillərin toqquşması iki nəfərin xəsarət alıması ilə nəticələnib.

Bakı-Quba yolunun 40-cı kilometrliyində, Sumqayıt şəhəri ərazisində "Hundai Sonata" markalı avtomobil maneəyə dəyib və 2 nəfər yaralanıb.

Şəmkirin Qabanlı kəndində isə "Belarus MT 82" markalı traktordan yıxılan 52 yaşlı kişi dünyasını dəyişib.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti