Azərbaycan, Bakı, 5 mart / Trend müxbir K.Zərbalıyeva/
Bakıda dövriyyədən külli miqdarda saxta əskinazlar çıxarılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 3-də, 7-ci mikrorayonda Ağstafa rayon sakinləri Seymur Qəhrəmanov və Anar Alməmmədov Ucar rayon sakini Rəfail Qurbanova balıq almaq adı ilə 2 ədəd saxta 50 manatlıq əskinaz təqdim edərkən Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulublar.
Onlardan əlavə olaraq 9 ədəd 50 manatlıq və 22 ədəd saxta 20 manatlıq əskinaz aşkar edilib..
Faktla bağlı cinayət işi başlanıb.
Bakıda dövriyyədən külli miqdarda saxta əskinazlar çıxarılıb