...

Ağcabədi rayonunda 19 yaşlı qız su kanalına düşüb

Hadisə Materials 5 Mart 2012 16:39 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri qeyd olunan şəxsin axtarışlarına cəlb olunublar.
Ağcabədi rayonunda 19 yaşlı qız su kanalına düşüb

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir K.Zərbalıyeva/

Ağcabədi rayonunda 19 yaşlı qız su kanalına düşüb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, martın 3-də 1993-cü il təvəllüdlü Gülmirə Rafiq qızı Zülfəliyeva Ağcabədi rayonu, Sarıcalı kəndi ərazisindən keçən Qarabağ kanalına düşüb.

Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri qeyd olunan şəxsin axtarışlarına cəlb olunublar.

Xəbər lenti

Xəbər lenti