...

Sumqayıtda silah-sursat tapılıb

Hadisə Materials 7 Mart 2012 12:17 (UTC +04:00)
Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Sumqayıt ŞPİ əməkdaşları tərəfindən şəhər ərazisində 2 ədəd mərmi, 1 ədəd qumbara, 2 ədəd ov tüfəngləri, 45 ədəd müxtəlif çaplı patron, 1 ədəd alışdırıcı, 1 ədəd patron darağı və 1 ədəd patron kəməri (patrondaş) tapılıb
Sumqayıtda silah-sursat tapılıb

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir K.Zərbalıyeva/

Sumqayıt şəhərində və Abşeron rayonunda silah-sursat tapılıb.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Sumqayıt ŞPİ əməkdaşları tərəfindən şəhər ərazisində 2 ədəd mərmi, 1 ədəd qumbara, 2 ədəd ov tüfəngləri, 45 ədəd müxtəlif çaplı patron, 1 ədəd alışdırıcı, 1 ədəd patron darağı və 1 ədəd patron kəməri (patrondaş) tapılıb.

Abşeron RPŞ əməkdaşları tərəfindən Qobu qəsəbəsi ərazisində 1 ədəd "AK" avtomat silahı, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, 2 ədəd mina, 1 ədəd qumbara, 1 ədəd süngü-bıçaq, 165 ədəd müxtəlif çaplı patron və 1 ədəd patron darağı tapılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti