...

Bakıda iki qız qonşusu tərəfindən bıçaqlanıb

Hadisə Materials 9 Mart 2012 12:00 (UTC +04:00)
Bakıda dünən iki azyaşlı qız qonşusu tərəfindən bıçaqlanıb.
Bakıda iki qız qonşusu tərəfindən bıçaqlanıb

Azərbaycan, Bakı, 9 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda dünən iki azyaşlı qız qonşusu tərəfindən bıçaqlanıb.

Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin təhqiqatçısı Faiq İsayev Trend-ə bildirib ki, ötən gecə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində 14 yaşlı Mehriban Cavadova və 10 yaşlı Əminə Quliyeva (adlar şərtidir) bıçaq xəsarətləri alıblar.

Təhqiqatçı bildirib ki, hadisə Cavadovanın evində baş verib. Cavadova daxilə nüfuz etməyən bıçaq xəsarəti alıb və 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Quliyeva isə yüngül xəsarət alıb.

Araşdırma zamanı qızların 1993-cü il təvəllüdlü gənc tərəfindən bıçaqlandığı məlum olub. Hazırda onun axtarışı həyata keçirildiyindən adı açıqlanmayıb.

İsayev bildirib ki, hadisəni törədən şəxs qonşuluqda yaşayır və həmin mənzilə tez-tez gedən olub.

Hadisənin səbəbi hələlik açıqlanmır.

Faktla bağlı bölmədə təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti