...

Avtomobili ağaca çırpılan sürücü hadisə yerində ölüb

Hadisə Materials 23 Mart 2012 13:19 (UTC +04:00)
Zaqatala rayonu ərazisində sürücü idarə etdiyi avtomaşını ağaca vurub.
Avtomobili ağaca çırpılan sürücü hadisə yerində ölüb

Azərbaycan, Bakı, 23 mart /Trend/

Zaqatala rayonu ərazisində sürücü idarə etdiyi avtomaşını ağaca vurub.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, martın 22-də saat 17:25 radələrində Zaqatala rayonunun Muğanlı kəndində Yuxarı Tala kənd sakini Abdulvahab Osmanov idarə etdiyi "TOFAŞ" markalı avtomaşını ağaca vurub.

Nəticədə Osmanov hadisə yerində ölüb.

Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti