...

Bakıda zəncirvari qəza: Mağazaya girən sürücü avtomobilin hərəkətə gəldiyini görüb (VİDEO)

Hadisə Materials 29 Mart 2012 14:17 (UTC +04:00)
Paytaxt küçələrindəki yolayrıclarından birində işıqforun qırmızı işığında keçən "VAZ 2107" markalı avtomobil digər bir minik avtomobili ilə toqquşub.
Bakıda zəncirvari qəza: Mağazaya girən sürücü avtomobilin hərəkətə gəldiyini görüb (VİDEO)

Azərbaycan, Bakı, 29 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda bu günlərdə qeyri-adi yol qəzası baş verib.

Paytaxt küçələrindəki yolayrıclarından birində işıqforun qırmızı işığında keçən "VAZ 2107" markalı avtomobil digər bir minik avtomobili ilə toqquşub.

Trend-in məlumatına görə, minik avtomobillərindən biri yolun kənarında dayanan ağ rəngli "Toyota" markalı avtomobilə dəyərək onu hərəkətə gətirib. "Toyota" markalı avtomobil qarşıda digər avtomobillə toqquşaraq yolun hərəkət hissəsində dayanıb. Həmin avtomobilin mağazada olan sürücüsü küçəyə çıxaraq avtomobilin arxasınca qaçıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, videodakı görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.

Video Player

Xəbər lenti

Xəbər lenti