Azərbaycan, Bakı, 6 aprel / Trend müxbir K.Zərbalıyeva/
Biləsuvarda minik avtomobili aşıb, ölən və xəsarət alan var.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, dünən saat 13:10 radələrində Biləsuvarda "VAZ 2107" markalı avtomobil aşıb, 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Dünən saat 21:30-da Bakının Sabunçu rayonunda, şəhər şossesində "VAZ 2107" ilə "Mercedes" toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Biləsuvarda minik avtomobili aşıb, Bakıda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
Biləsuvarda minik avtomobili aşıb, ölən və xəsarət alan var.
