...

Xızıda top mərmiləri tapılıb

Hadisə Materials 18 Aprel 2012 09:50 (UTC +04:00)
Xızı rayonu ərazisində top mərmiləri tapılıb.
Xızıda top mərmiləri tapılıb

Azərbaycan, Bakı, 18 aprel / Trend müxbir K.Zərbalıyeva/

Xızı rayonu ərazisində top mərmiləri tapılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 13-də Xızı rayonunda təlim meydançasının yaxınlığında hərbi sursat aşkarlanması ilə əlaqədar nazirliyin xilasediciləri və mütəxəssisləri tərəfindən əraziyə təkrar baxış keçirilib.

Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Nazirliyin mütəxəssisləri tərəfindən qeyd olunan tarixdə hərbi sursatların aşkarlandığı 2 hektar ərazinin, təxminən, 790 kv.m sahəsinə keçirilmiş baxış nəticəsində istifadəyə yararlı olan 1 ədəd 125 millimetr kalibrli top mərmisi, 2 ədəd 122 millimetr kalibrli top mərmisi, 1 ədəd 100 millimetr kalibrli top mərmisi, 2 ədəd "M12" markalı mərminin döyüş başlığı, 1 ədəd "M5" markalı mərminin döyüş başlığı və partlayıcı təhlükəli əşyanın hissələri aşkarlanıb.

Aşkarlanmış hərbi sursatların partladılaraq zərərsizləşdirilməsi üçün bir yerə yığılması və təhlükəsizliyi təmin edilib.

Qeyd olunan əraziyə mütəxəssislər tərəfindən təkrar baxış keçirilməsi və müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti