...

İraqdakı ardıcıl partlayışlar nəticəsində 23 nəfər həlak olub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 19 Aprel 2012 13:09 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:02-də yayılıb)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir A.Tağıyeva/

Cümə axşamı səhər İraqın paytaxtı Bağdadda, həmçinin, Kərkük və Samirə şəhərlərində ardıcıl bir neçə partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə "əl-Cəzirə" telekanalı xəbər verib.

Partlayışlar nəticəsində 23 nəfər - 11-i Bağdadda, 9-u Kərkükdə və 3-ü Samirədə həlak olub.

Onlarla adamın yaralandığı bildirilir. Polis təhqiqat aparır.

Xəbər lenti

Xəbər lenti