...

İranda 1000 dollara görə Əfqanıstan vətəndaşlarını girov götürən şəxs həbs olunub

Hadisə Materials 3 May 2012 11:10 (UTC +04:00)
İranın Salam şəhərində beş Əfqanıstan vətəndaşını girov götürən cinayətkar dəstənin bir üzvü həbs olunub.
İranda 1000 dollara görə Əfqanıstan vətəndaşlarını girov götürən şəxs həbs olunub

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir T.Cəfərov/

İranın Salam şəhərində beş Əfqanıstan vətəndaşını girov götürən cinayətkar dəstənin bir üzvü həbs olunub. Girov götürülən əfqanlar azadlığa buraxılıb. Bunu Salam şəhərinin polis rəisi Şahrox Bəxtiyari deyib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər verir.

Məlumata əsasən, bir qrup şəxs beş əfqanı girov götürərək onların azadlığa buraxılması üçün ailələrindən 1000 dollar tələb ediblər. Polis girov götürən şəxslərdən birini pulu təhvil alarkən həbs edib. Ondan girov götürülən əfqanların yerini öyrənərək onları azad edib. Hadisə ilə bağlı cinayət işi açılıb, cinayətkar dəstənin digər üzvlərinin axtarışı davam etdirilir.

Girov götürülmüş əfqanların ailələri İranın Qum şəhərində yaşayırlar.

Xəbər lenti

Xəbər lenti