...

Bakıda 3 mərtəbəli yaşayış binasında yanğın baş verib

Hadisə Materials 8 May 2012 10:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may / Trend müxbir K.Zərbalıyeva/

Bakıda 3 mərtəbəli yaşayış binasında yanğın baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 1400 kv.m olan üçmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 240 kv.m olan restoranın yanar konstruksiyaları və içərisində olan əşyalar 163 kv.m. sahədə, binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 115 kv.m olan 2 mənzildə fəaliyyət göstərən ofisdə döşəmə 15 kv.m sahədə, ofis kimi fəaliyyət göstərən ümumi sahəsi 150 kv.m olan mənzildə arakəsmə divar 6 kv.m sahədə, ofis kimi fəaliyyət göstərən ümumi sahəsi 120 kv.m olan mənzildə döşəmə 20 kv.m sahədə, ofis kimi fəaliyyət göstərən ümumi sahəsi 30 kv.m olan mənzildə arakəsmə divar 6 kv.m sahədə (ümumi 210 kv.m) yanıb.

Hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri də cəlb olunublar.

Xilasedicilər sakinlərin təxliyyə olunmasını və təhlükəsiz əraziyə köçürülməsini təşkil ediblər.

Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub, 3 sakin xilas olunub.

Xəbər lenti

Xəbər lenti