Azərbaycan, Bakı, 10 may /Trend/
Ukraynanın Makeyevka şəhərinin milisi Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk regional təşkilatının sədri İqbal Mahmudovn qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi açıb. Bu barədə cümə axşamı Trend Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə Baş İdarəsinin şəhər idarəsinin mətbuat xidmətinə istinadən məlumat verir.
"Müəyyən edilib ki, İqbal Mahmudov "Kaspiy" kafesi (Böyük Vətən müharibəsi veteranları üçün xeyriyyə naharının təşkili və keçirilməsi ilə əlaqədar dəvət edilib) yaxınlığında avtomobilindən çıxarkən ona dövlət nömrə nişanı olmayan motosikletdə iki naməlum şəxs yaxınlaşıb. Sərnişin motosikletdən düşərək dərhal Mahmudova beş dəfə atəş açıb, sonra isə hadisə yerindən uzaqlaşıblar", - mətbuat xidməti bildirib.
Mahmudov güllə yaralarından xəstəxanada ölüb.