...

İranda yanacaq daşıyan maşın partlayıb, xəsarət alan var

Hadisə Materials 10 May 2012 17:54 (UTC +04:00)
İranın İsfahan şəhərində "Arsagaz" şirkətinə məxsus yanacaq daşıyan yük maşını yanacaqdoldurma məntəqəsində yanacaq boşaldarkən partlayıb, bir nəfər ağır yaralanıb.
İranda yanacaq daşıyan maşın partlayıb, xəsarət alan var

Azərbaycan, Bakı, 10 may /Trend/

İranın İsfahan şəhərində "Arsagaz" şirkətinə məxsus yanacaq daşıyan yük maşını yanacaqdoldurma məntəqəsində yanacaq boşaldarkən partlayıb, bir nəfər ağır yaralanıb. Bu barədə Trend cümə axşamı ISNA xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, hadisə nəticəsində güclü yanğın baş verib.

Yaralı xəstəxana çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti