Azərbaycan, Bakı, 17 may /Trend/
Bakıda civə ilə doldurulmuş yarımlitrlik şüşə qab aşkar olunub.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda şübhəli maddənin olması barədə məlumat daxil olmuşdur. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişlər.
Nazirliyin mütəxəssisləri hadisə yerinə baxış keçirmiş və maddənin 0,5 l-lik şüşə qaba doldurulmuş civə olduğu müəyyən edilmişdir. Aşkarlanmış civə nazirliyin mütəxəssisləri tərəfindən müvafiq qaydada götürülmüşdür.
Müvafiq qurumlar tərəfindən araşdırılma aparılır.