Azərbaycan, Bakı, 23 may /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda evdən külli miqdarda oğurluq edən qadın saxlanılıb.
Bakı şəhər Baş Dövlət Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, mayın 19-da M.Muxtarov küçəsində yaşayan Anar Cəfərov Yasamal RPİ 27-ci PB-yə ərizə ilə müraciət edərək bildirib ki, saat 05 radələrində yeni tanış olduğu Pərvanə adlı qadınla yaşadığı ünvana gəlmiş və bir qədər sonra evindən 1650 manat, 2900 ABŞ dolları, mobil telefon və şəxsi sənədlərinin oğurlandığını görüb.
Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Pərvanə Həbillayeva mayın 22-də tutulub.
Bakıda evdən külli miqdarda oğurluq edən qadın saxlanılıb
Bakı şəhər Baş Dövlət Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, mayın 19-da M.Muxtarov küçəsində yaşayan Anar Cəfərov Yasamal RPİ 27-ci PB-yə ərizə ilə müraciət edərək bildirib ki, saat 05 radələrində yeni tanış olduğu Pərvanə adlı qadınla yaşadığı ünvana gəlmiş və bir qədər sonra evindən 1650 manat, 2900 ABŞ dolları, mobil telefon və şəxsi sənədlərinin oğurlandığını görüb
