...

Lerik və İsmayıllı rayon sakinləri göldə boğulublar

Hadisə Materials 5 İyun 2012 12:41 (UTC +04:00)
Hər iki faktla bağlı araşdırma aparılır.
Lerik və İsmayıllı rayon sakinləri göldə boğulublar

Azərbaycan, Bakı, 5 iyun / Trend müxbir K.Zərbalıyeva/

Lerik və İsmayıllı rayon sakinləri göldə boğulublar.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 4-də Lerik rayonunun Şinəband kənd sakini Rusif Şahverənov Pirasora kəndinin ərazisindəki göldə çimərkən boğulub.

İsmayıllı rayonunun Təzəkənd kəndi ərazisindəki göldə, kənd sakini, ruhi xəstə Düriyyə Qasımovanın üzərində zorakılıq əlamətləri görünməyən suda boğulmuş meyiti tapılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti