...

Yevlax-Mingəçevir yolunda baş vermiş qəzada 2 nəfər ölüb, 1 yaralanıb

Hadisə Materials 7 İyun 2012 01:25 (UTC +04:00)
Yevlax-Mingəçevir yolunda baş vermiş qəzada 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Bu barədə Trend FHN-nin rəsmi saytında məlumat verir.
Yevlax-Mingəçevir yolunda baş vermiş qəzada 2 nəfər ölüb, 1 yaralanıb

Azərbaycan, Bakı, 7 iyun /Trend, E. Əliyev/

Yevlax-Mingəçevir yolunda baş vermiş qəzada 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Bu barədə Trend FHN-nin rəsmi saytında məlumat verir.

Yevlax -Mingəçevir yolunun 19-cu km-də vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili yolun kənarında dayanmış, sahibi məlum olmayan "QAZ" markalı yük avtomobilinə çırpılaraq qəzaya uğramışdır.

Nəticədə "VAZ" markalı minik avtomobilinin sürücüsü 1983-cü il təvəllüdlü E.Ə.Hüseynov avtomobildə olan 3 nəfər sərnişindən 1972-ci il təvəllüdlü Hümbətov Tərlan Qurbanəli oğlu müxtəlif bədən xəsarətləri ilə təcili yardım tərəfindən Yevlax rayonu mərkəzi xəstəxanasına aparılmışlar. Avtomobildə olan digər şəxsiyyəti məlum olmayan 2 kişi sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmişlər. Meyitlər yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə etməklə avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişdir.

Xəbər lenti

Xəbər lenti