Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir A.Tağıyeva/
Terrorçu Kürd Fəhlə Partiyasının (PKK) silahlıları Türkiyənin Hatay şəhərində gecə saatlarında hərbi maşın karvanına hücum ediblər. Bu barədə Trend çərşənbə axşamı "Sabah" qəzetinə istinadən məlumat verir.
Hücum nəticəsində Türkiyə ordusunun 1 hərbçisi şəhid olub, daha üç hərbçi isə yaralanıb.