...

Azərbaycanın Baş konsulluğu Sankt-Peterburqda kütləvi dava ilə bağlı Tacikistan tərəfi ilə məsləhətləşmələr aparır

Hadisə Materials 13 İyul 2012 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu Sankt-Peterburqda şəhərin tacik diasporunun fəalları və Tacikistanın fəxri konsulluğu ilə, həmçinin iki ölkənin vətəndaşları arasında baş vermiş kütləvi davada zərər çəkənlərin yaxınları və doğmaları ilə hadisənin inkişafının qarşısının alınması üçün daimi məsləhətləşmələr aparır. Trend-in məlumatına görə, bu barədə cümə günü konsulluğun məlumatında deyilir.

Azərbaycan və Tacikistan vətəndaşları arasında məişət zəminində baş vermiş dava nəticəsində aldığı bədən xəsarətlərindən bir Tacikistan vətəndaşı ölüb, yeddi nəfər, o cümlədən bir Azərbaycan vətəndaşı isə xəstəxanaya yerləşdirilib. İnsidentlə bağlı cinayət işi qaldırılıb.

Məlumatda bildirilir ki, cümə axşamı şəhərin hüquq-mühafizə orqanları nümayəndələrinin, prokurorluqların, FMXİ-nin, şəhər administrasiyasının xarici siyasət şöbəsinin, həmçinin milli diasporların nümayəndələrinin, Azərbaycanın və Tacikistanın diplomatik nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə geniş iclas keçirilib.

Bildirilir ki, Azərbaycanın Baş konsulluğu, şəhər administrasiyasının və hüquq-mühafizə orqanlarının nümayəndələri hadisənin neqativ məcrada inkişafının qarşısının alınması üçün mümkün olan hər şeyi edirlər.

Cinayət işinin araşdırılmasının gedişi Rusiya Federasiyasının İstintaq komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin rəhbərliyinin xüsusi nəzarəti altındadır.

Xəbər lenti

Xəbər lenti