Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Dünən Bakıda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib.
Trend çərşənbə günü Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dənizdə batma hadisələri Bakının Xəzər və Suraxanı rayonlarında baş verib. Günün müxtəlif saatlarında Xəzər və Suraxanı rayonlarında dənizdə (sularda xilasetmə məntəqələrinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 6 nəfər FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas olunub.