Azərbaycan, Bakı, 18 iyul / Trend müxbir K.Zərbalıyeva/
Samur-Abşeron kanalında insan cəsədi aşkarlanıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Samur-Abşeron kanalının Siyəzən rayonundan keçən hissəsində insan cəsədi aşkarlanıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Cəsəd nazirliyin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Müəyyən olunub ki, bu, 1940-cı il təvəllüdlü Əlifəddin Seyfəddin oğlu Şıxıyevin cəsədidir.