...

İranda lunaparkda qəza: 2 nəfər ölüb, 12 nəfər yaralanıb

Hadisə Materials 26 İyul 2012 09:48 (UTC +04:00)
İranın Ərdəbil şəhərinin cənubunda yerləşən Şorəbil şəhərində lunaparkda ötən gecə bədbəxt hadisə baş verib.
İranda lunaparkda qəza: 2 nəfər ölüb, 12 nəfər yaralanıb

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir T.Cəfərov/

İranın Ərdəbil şəhərinin cənubunda yerləşən Şorəbil şəhərində lunaparkda ötən gecə bədbəxt hadisə baş verib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər verir.

Məlumata əsasən, Şorəbil şəhər lunaparkında əyləncə aparatlarından birində baş vermiş texniki nasazlıq 2 nəfərin ölümü və 12 nəfərin yaralanmasına səbəb olub.

Hadisə nəticəsində yaralanan şəxslər Ərdəbil şəhər xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti