Azərbaycan, Bakı, 1 avqust /Trend müxbir K.Zərbalıyeva/
İsmayıllı rayonunda 5 uşaq atası odlu silahla özünü öldürüb.
İsmayıllı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Lahıc qəsəbə sakini, 1964-cü il təvəllüdlü, 5 uşaq atası, işsiz İsa Heydər oğlu Hüseynov evində ov tüfəngindən atəş açaraq özünü öldürüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.