...

Sabirabadda ötən ilin yanvarında baş vermiş qətlin üstü açılıb

Hadisə Materials 6 Avqust 2012 13:42 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 3-də Sabirabad rayon sakini Zeynal Ələkbərovun itkin düşməsi barədə polisə məlumat verilib.
Sabirabadda ötən ilin yanvarında baş vermiş qətlin üstü açılıb

Azərbaycan, Bakı, 6 avqust /Trend müxbir K.Zərbalıyeva/

Sabirabadda ötən ilin yanvarında baş vermiş qətlin üstü açılıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 3-də Sabirabad rayon sakini Zeynal Ələkbərovun itkin düşməsi barədə polisə məlumat verilib.

Məlumatla əlaqədar araşdırmalar zamanı onun 2011-ci ilin yanvar ayının 16-da qardaşı Əli (2011-ci ilin aprel ayında öz əcəli ilə ölüb) və arvadı Gülbəniz Ələkbərova tərəfindən öldürülərək Suqovuşan kəndindəki evinin zirzəmisində basdırılması müəyyən edilib.

Ələkbərova Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Xəbər lenti

Xəbər lenti