...

Lənkəranda su quyusuna düşən 25 yaşlı gənc qazdan boğulub

Hadisə Materials 7 Avqust 2012 11:41 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Tərlan Mirzəbaba oğlu Həmidov Lənkəran rayonu, İstisu qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə yerləşən yeni qazılan su quyusuna düşüb.
Lənkəranda su quyusuna düşən 25 yaşlı gənc qazdan boğulub

Azərbaycan, Bakı, 7 avqust / Trend müxbir K.Zərbalıyeva/

Lənkəranda su quyusuna düşən 25 yaşlı gənc qazdan boğulub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Tərlan Mirzəbaba oğlu Həmidov Lənkəran rayonu, İstisu qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə yerləşən yeni qazılan su quyusuna düşüb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, Həmidov ev yiyəsi tərəfindən quyudan çıxarılıb.

Həmin vaxt hər iki şəxs bayğın vəziyyətdə olduğundan xilasedicilər onlara ilkin tibbi yardım göstəriblər. Lakin Tərlan Həmidovun həyatını xilas etmək mümkün olmayıb. Onun quyudan çıxan qazın təsirindən öldüyü ehtimal edilir. Ev yiyəsi hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Xəbər lenti

Xəbər lenti