...

Fövqəladə Hallar Nazirliyi Bakıda baş vermiş yanğınla bağlı məlumat yayıb

Hadisə Materials 25 Avqust 2012 10:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust /Trend müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyi dünən Bakıda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nizami rayonunda Bakı Mexaniki Təmir Açıq Tipli Səhmdar Cəmiyyətinin ərazisində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 1200 kv.m olan dəmir yayma sexində ətrafa dağılmış mazut 20 kv.m sahədə və həcmi 4 ton olan çənin içərisində 1500 litr mazut yanıb.

Mazutun qalan hissəsi, çən və sex yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti