Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir A.Tağıyeva/
"Azad Suriya Ordusu" ilə hökumət qoşunları arasında baş vermiş toqquşmalar nəticəsində ötən gün ərzində 234 nəfər həlak olub. Bu barədə Trend çərşənbə axşamı "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.
Həlak olanlar arasında çoxlu sayda qadın və uşaqlar var. Onların əksəriyyəti Dəməşq və Hələb sakinləridir.
Suriyada hökumət qüvvələri ilə silahlı müxalifət arasında toqquşmalar 17 aya yaxındır davam edir.