...

Xızıda minik avtomobili çaya düşüb, ölən və xəsarət alanlar var

Hadisə Materials 30 Avqust 2012 09:21 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xızı rayonunun Giləzi kəndi ərazisində vətəndaşa məxsus "Opel" markalı minik avtomobili idarəetməni itirərək Giləzi çayına düşüb.
Xızıda minik avtomobili çaya düşüb, ölən və xəsarət alanlar var

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Xızıda minik avtomobili çaya düşüb, ölən və xəsarət alanlar var.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xızı rayonunun Giləzi kəndi ərazisində vətəndaşa məxsus "Opel" markalı minik avtomobili idarəetməni itirərək Giləzi çayına düşüb.

Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Hadisə şahidlərinin bildirdiklərinə əsasən, sürücü Hacıyev Sahib Hüseyn oğlu hadisə yerində vəfat edib, avtomobildə olan 4 nəfər sərnişin isə xəsarət alıb.

Qeyd olunan şəxsin cəsədi və yaralılar hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıblar.

Xəbər lenti

Xəbər lenti