...

"Azərenerji" ASC: Azərbaycan İES-də yaranan problem aradan qaldırılıb, elektrik enerjinin verilməsi təmin edilib (ƏLAVƏ OLUNUB) (FOTO)

Hadisə Materials 28 Sentyabr 2012 11:08 (UTC +04:00)
Təbii fəlakət nəticəsində işi dayanmış Mingəçevir SES-də bərpa işləri başa çatmaq üzrədir.
"Azərenerji" ASC: Azərbaycan İES-də yaranan problem aradan qaldırılıb, elektrik enerjinin verilməsi təmin edilib (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir E.İsmayılov/

Təbii fəlakət nəticəsində işi dayanmış Azərbaycan İES-də bərpa işləri başa çatmaq üzrədir. Yaxın saatlarda İES-in işi tam bərpa olunacaq. Bu barədə cümə günü Trend-ə Azərbaycan hökumətindən məlumat verilib.

Trend-in bölgə müxbirinin verdiyi məlumata görə, Azərbaycan İES-in ildırım vuran blokunda bərpa işləri aparılır.

"Azərenerji" ASC-dən Trend-ə bildirib lər ki, Azərbaycan İES-də yaranan problem aradan qaldırılıb və elektrik enerjinin verilməsi tam təmin edilib.

Səhər saat 8:00 artıq istehlahçıların 90 faizi elektrik enerjisi ilə təmin olunmuşdu.

Qeyd edək ki, Bakıda və bir sıra rayonlarda yerli vaxtla saat 07:00 radələrində elektrik enerjisinin verilməsi ilə bağlı problem yaranıb.

FHN-dən öncə Trend-ə verilən məlumata görə, Azərbaycan İES-ə ildırım düşməsi elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Elektrik enerjisinin olmaması Bakı Metropoliteninin işinə təsir göstərib. İnternetdə də problem yaranıb. Elektrik enerjisinin olmaması Bakı işıqforlarının işinə də təsir edib.

Bakının əsas yollarında yol hərəkətinin tənzimlənməsi yol polisi tərəfindən aparılır.

Elektrik enerjisinin kəsilməsi mobil operatorların, televiziyanın və radionun işinə təsir göstərməyib.

Hazırda elektrik enerjinin verilməsi bərpa olunub.

Xəbər lenti

Xəbər lenti