Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Suriya ərazisinin Türkiyə tərəfindən atəşə tutulması nəticəsində Suriya ordusunun bir neçə hərbçisi həlak olub. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.
Qeyd edək ki, bu, Türkiyə ordusunun dünən Suriya hərbçilərinin Şanlıurfa şəhərini atəşə tutmasına cavabıdır.
Türkiyə tərəfi habelə Suriyanın Təl Əbyad rayonundakı polis məntəqəsini də atəşə məruz qoyub.
Bu gün Türkiyə parlamenti Şanlıurfa şəhərinin Suriya ordusu tərəfindən atəşə tutulmasından sonra Suriyaya qarşı transsərhəd hərbi əməliyyatlarla bağlı mandatın verilməsi məsələsini müzakirə edəcək.