...

Bakıda maşın ağaca çırpılıb, sürücünün anası ölüb

Hadisə Materials 8 Oktyabr 2012 09:58 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Bakıda maşın ağaca çırpılıb, sürücünün anası ölüb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda maşın ağaca çırpılıb, sürücünün 77 yaşlı anası ölüb.

Nəsimi rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 7-də Hənifə Ələsgərova küçəsində 1965-ci il təvəllüdlü Ruslan Hacıyev idarə etdiyi 10 OS 523 dövlət nömrə nişanlı BMW markalı avtomobili idarə edərkən idarəetməni itirib və maşını yolun kənarındakı ağaca çırpıb.

Qəza zamanı Hacıyevin anası, 1935-ci il təvəllüdlü Sürəyya Cavadova xəsarətlə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti