Azərbaycan, Bakı, 16 oktyabr /Trend/
Bakıda yol kənarında tank mərmisi aşkar edilib.
Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda yol kənarında qazıntı işləri aparılan zaman döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.
Dərhal FHN mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri hadisə yerinə baxış keçirən zaman istifadəyə yararsız 1 ədəd 100 mm tank mərmisi aşkar edib və aidiyyəti üzrə təhvil veriblər.
Həmçinin hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.