...

Bakıda dəmiryol stansiyasında tank mərmisi tapılıb

Hadisə Materials 20 Oktyabr 2012 16:13 (UTC +04:00)
Bakı şəhəri, Binəqədi rayonu Biləcəri dəmiryol stansiyası ərazisində qazıntı işləri aparılan zaman partlayıcı qurğu aşkar olunub.
Bakıda dəmiryol stansiyasında tank mərmisi tapılıb

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Bakı şəhəri, Binəqədi rayonu Biləcəri dəmiryol stansiyası ərazisində qazıntı işləri aparılan zaman partlayıcı qurğu aşkar olunub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə insanları təhlükəsiz əraziyə uzaqlaşdırılmasını təmin edərək kənar şəxslərin girişini məhdudlaşdırıblar.

Xidmətin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış zamanı müəyyən olunub ki, bu partladıcısı üzərində olan 1 ədəd 120 mm tank mərmisidir.

Ərazidə digər partlayıcı qurğu və ya təhlükəli əşya aşkar olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti