...

Bakıda sərnişin avtobusu aşıb, xəsarət alanlar var

Hadisə Materials 7 Noyabr 2012 11:40 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin növbətçi hissəsindən Trend-ə verilən məlumata görə, Yasamal rayonu ərazisində, Tbilisi prospektində 170 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu aşıb.
Bakıda sərnişin avtobusu aşıb, xəsarət alanlar var

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ötən gün axşam saatlarında Bakıda sərnişin avtobusu aşıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin növbətçi hissəsindən Trend-ə verilən məlumata görə, Yasamal rayonu ərazisində, Tbilisi prospektində 170 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu aşıb.

Qəza nəticəsində 8 sərnişin xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti