Azərbaycan, Bakı, 9 dekabr /Trend /
Fövqəladə Hallar Nazirliyi Şəmkirdə göldə batdığı ehtimal olunan adamın axtarışlarına başlayıb.
Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Şəmkir rayonu, Qapanlı kəndi ərazisində 1945-ci il təvəllüdlü Yunis Allahverən oğlu Kazımovun süni göldə batdığı ehtimal olunur.
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb.
Qeyd olunan şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.